AZ

Bu müəllimlər Elm və Təhsil Nazirliyini məhkəməyə verəcək

İyunun 24-də keçirilən sertifikasiya imtahanın nəticələrindən şikayətçi olan bir qrup kimya müəllimi iyulun 1-də Elm və Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
Editor.az Bakupost.az-a istinadla xəbər verir ki, müəllimlər imtahan sualları proqrama uyğun tərtib olunmadığını bildiriblər. Müəllimlər sualların həddən artıq riyaziləşdirildiyini qeyd ediblər. Kimya müəllimləri araşdırma aparılmasını, imtahanın yenidən, ədalətli şəkildə təşkil edilməsini tələb ediblər.
Müəllimlərdən biri bildirib ki, ETN-nin əməkdaşları Həcər Hacıyeva və Vüsal Həsənov onları qəbul edib, fikirlərini dinləyiblər, lakin bir həftə keçməsinə baxmayaraq, yekun nəticə barədə onlara heç nə deyilmir.
ETN-nin mətbuat katibi Səbuhi Rzayevə şikayət ilə bağlı sorğu göndəriilsə də, sorğuya cavab verilməyib.
Musavat.com-a yenidən müraciət edən müəllimlər bildiriblər ki, əgər imtahan yenidən keçirilməsə, məhkəməyə müraciət edəcəklər, haqlarını sona qədər qoruyacaqlar.
Seçilən
5
7
editor.az

10Mənbələr