AZ

Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlarVİDEO

"Qiymətləndirmə prinsipləri pozulub, imtahanda şəffaflıq təmin olunmayıb, sullar fənlərlə uyğunsuzluq təşkil edib".

Xezerxeber.az-ın məlumatına görə, bu iddiaları iyunun 24-də sertifikasiya prosesinin test imtahanı mərhələsinndə kimya fənnindən imtahan verən müəllimlər səsləndiriblər.

Elm və Təhsil Nazirliyinin qarşısına toplaşan həmin müəllimlər bildiriblər ki, riyazi suallara daha çox üstünlük verilib.

Müəllimlər kimya fənni üzrə imtahan nəticələrinin ləğvini tələb ediblər.

İmtahan nəticələrindən narazı qalan müəllimləri Elm  və Təhsil Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları dinləyiblər.

Elm və Təhsil Nazirliyindən "Xəzər Xəbər"ə isə bildirildi ki, kimya fənnindən imtahan verən 400-dən çox müəllim 50-dən artıq bal toplayıb. İmtahanla bağlı hər hansı müraciəti və ya sualı olan müəllimlər mütləq şəkildə apellyasiya mərhələsindən istifadə etməlidirlər. Müraciətlər emal ediləndən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
28
xezerxeber.az

1Mənbələr