"Valensiya"nın futbolçusu Xavi Qerra karyerasını İngiltərədə davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, gənc yarımmüdafiəçi "Mançester Yunayted"ə transfer olmağa yaxındır.

Bu barədə italiyalı jurnalist Daniele Lonqo məlumat yayıb.

"Valensiya"nın yetirməsi olan X. Qerra 2023-cü ildə əsas komandada debüt edib. O, "yarasalar"ın heyətində ümumilikdə 89 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə ispaniyalı futbolçunun bazar dəyəri 25 milyon avrodur.