“Fiorentina” “Cenoa”dan icarəyə götürüyü 28 yaşlı island hücumçu Albert Qudmundssonu tamhüquqlu əsasda “bənövşələr”in heyətinə qatıb.
Arena.az bu barədə Florensiya klubunun rəsmi saytına istinadən məlumat verir.
Keçid “bənövşlər”lə 18 milyon avro məbləğ müqabilində başa gəlib və iyul ayından rəsmən qüvvəyə minəcək.
Qudmundsson Florensiya təmsilçisi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə razılaşdırıb.
Xatırladaq ki, “Fiorentina” island hücumçunu 2024-cü ilin avqust ayında mütləq satınalma şərti ilə “Cenoa”dan icarəyə götürmüşdü.
Albert Qudmundsson “Reykyavik”in məzunudur. İsland hücumçu, karyerası ərzində “Herenven”, “PSV Eyndhoven”, “AZ Alkmar” və “Cenoa”da çıxış edib.
Cari mövsümdə Qudmundsson “bənövşələr” üçün 33 oyuna çıxıb, 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Albert Qudmundsson 2017-ci ilin yanvar ayında debüt etdiyi İslandiya yığmasının heyətində 40 oyun keçirib, 10 qol və 5 qol məhsuldar ötürmə ilə fərqlənib.
Albert Qudmundssonun qənimətlər muzeyində “PSV Eyndhoven”lə qazandığı Niderland çempionluğu (2017/2018) var.
“Transfermarkt” internet-portalı 28 yaşlı island hücumçunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.