AZ

QHT növbəti dəfə “Hüquq dəstək” xidmət günü təşkil edib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu” tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” adlı layihəsi çərçivəsində müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin tibbi-sosial problemlərinin həllinə hüquqi və mənəvi dəstək vermək məqsədi ilə növbəti dəfə “Hüquq dəstək” xidmət günü təşkil edildi.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra layihənin rəhbəri, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş, “Konstitusiya və Suverenlik ili” elan etməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin tibbi-sosial problemlərinin həllinə hüquqi və mənəvi dəstək verərək, aidiyyatı olan dövlət qurumları tərəfindən təmin olunaraq, şəhid ailələri və müharibə veteranları arasında yaranmış narazılıqları aradan qaldırmaqdır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin sədri, layihənin hüquqşünası Fəqan Nəsibzadə çıxış edərək qeyd etdi ki, cənab Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Çünki, Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir.

Etiraf etmək lazımdır ki, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı vardır. Bu kateqoriyadan olan insanların problemləri yalnız onların deyil, bütün cəmiyyətin əsas qayğısı sayılmalıdır.

Hər birimiz, şəhidlərimizə, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin yaranmış tibbi-sosial problemlərinin həllinə biganə qalmamalıyıq.

Məhz buna görə də şəhid ailələrinə, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərə diqqət və qayğı artırmaq məqsədi ilə “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” layihəsi çərçivəsində “Hüquq dəstək” xidmət günləri təşkil edərək layihənin benefisiarlarının tibbi-sosial, hüquqi ehtiyaclarını öyrənərək mövcud olan problemlərinin həlli ilə bağlı aidiyyatı olan dövlət qurumlara rəsmi müraciətlər göndərərək, onların yaranmış problemlərinin operativ həllinin təmin olunmasına hüquqi və mənəvi köməklik göstəririk.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməktaşı Rasim Mirzəyev, ARBƏD Fondunun Binəqədi rayon şöbəsinin sədri Teymur Əliyev, Zəngilan rayon şöbəsinin sədri Ənvər Qarayev və müharibə əlilləri, veteranları çıxış edərək, “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” layihəsində qaldırılmış müharibə əlillərinin, veteranlarının tibbi-sosial problemləri ilə əlaqədar şikayətlərinə münasibət bildirərdilər və həyata keçirilən layihəni müsbət qiymətləndirdilər.

Tədbir iştirakçıları belə ağıır və məsuliyyətli “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” layihəsini həyata keçirdərək müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin yaranmış tibbi-sosial problemlərinin həllinə biganə qalmamalmayaraq, onların yaranmış problemlərinin operativ həllinin təmin olunmasına hüquqi və mənəvi köməklik göstərib həmyrəylik nümayiş etdinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininə, “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu” na və layihənin hüquqşunası Fəqan Nəsibzadəyə öz təşəkkürlərini bildirdilər.

Tədbirdə həmçinin, “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” layihəsinə dəstək verərək vətənpərvərliyin təbliğinə, şəhid aillələrinə, müharibə qazilərinə, veteranlara göstərdiyi diqqət-qayğıya görə mətbuat və ictimayyət nümayəndələri “FƏXRİ FƏRMAN”- la təltif edildilər.

Tədbirin sonunda layihənin hüquqşünası Fəqan Nəsibzadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-ında elektron xidmət vasitəsi ilə əlilliyinə təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi və sonuncu müayinə barədə məlumat almaq üçün “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” barəsində ətraflı izahatla məlumat verərək hüquqi dəstək xidmətini davam etdirdi.



Seçilən
0
7
herbiand.az

7Mənbələr