AZ

ƏLİLLİYİ OLAN ŞƏXSLƏRƏ HÜQUQİ VƏ MƏNƏVİ DƏSTƏK

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəfər Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevin qətiyyətli mövqeyi, uzaqgörən siyasəti sayəsində, Azərbaycanın Müzəffər Ordusunun qüdrəti, şəhidlərimizin və yaralı hərbi quluqçularımızın qanları bahasına xalqımıza şanlı zəfəri, möhtəşəm qələbəni bəxş etmiş şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemləri yalnız onların problemləri deyil, həmçinin bütün cəmiyyətin problemi olaraq, onlara diqqət və qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir.

Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək şəhadətə ucalmış şəhidləri ailələri arasında çoxlu sayda az yaşlı uşaqları olan, eyni zamanda həyat yoldaşını və 2 oğulunu şəhid vermiş ailələrimiz vardır. Belə şəhid ailələrinin, müharibə əlillərinin və veteranların xalqın mənəvi dəstəyinə daha çox ehtiyacları vardır.

Bəzi rayon icra hakimiyyətlərində və aidiyyatı olan dövlət qurumlarının məmurlarının laqeyidliyi sayəsində 25-30 il mənzil növbəsinə durmuş Əfqanstan, Qarabağ müharibə veteranların və ümumi katiqoriyalı əlillər uzun müddətdir ki mənzil növbəsində dayanmalarına baxmayaraq, bu gün onların məzin növələri dayandırılıb və onlara mənzil verməkdən imtina edilibdir.

Bizdə vətəndaş olaraq hər birimiz, şəhidlərə, qazilərimizə olan borcumuzu vicdanla yerinə yetirərək Vətən müharibəsində şəhid olanların ailələrinə və eyni zamanda sağlamlıqlarını itirmiş müharibə əlillərinin, veteranlarının yaranmış tibbi-sosial və digər sahədə olan problemlərinin həllinə biganə qalmamalıyıq.
Bu gün şəhid ailələrinin, müharibə əlillərinin və veteranların cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı var. Bu kateqoriyadan olan insanların problemləri yalnız onların deyil, bütün cəmiyyətin əsas qayğısı sayılmalıdır.

Məhz buna görə də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş, “Konstitusiya və Suverenlik ili” elan etməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin tibbi-sosial problemlərinin həllinə hüquqi və mənəvi dəstək verərək, aidiyyatı olan dövlət qurumları tərəfindən təmin olunaraq, şəhid ailələri və müharibə veteranları arasında yaranmış narazılıqları aradan qaldırmaq məqsədi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu” tərəfindən 01 may-31 iyul 2025-ci il tarixlərini əhatə edən, “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” adlı layihəsi layihəsini həyata keçirtdik.

Cənab Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Çünki, Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir.

Bu gün şəhid ailələrinin, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı vardır. Bu kateqoriyadan olan insanların problemləri yalnız onların deyil, bütün cəmiyyətin əsas qayğısı sayılmalıdır.
Layihə çərçivəsində “Hüquq dəstək xidmət günləri” təşkil edərək müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin tibbi-sosial, hüquqi ehtiyaclarını öyrənərək mövcud olan problemlərinin həlli ilə bağlı aidiyyatı olan dövlət qurumlara rəsmi müraciətlər göndərərək, layihənin benefisiarlarının yaranmış tibbi-sosial problemlərinin operativ həllinin təmin olunmasına hüquqi köməklik göstəririk.

“Hüquq dəstək xidmət günlərin”-də layihənin hüquqşünası Fəqan Nəsibzadə tərəfindən müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin tibbi-sosial problemləri ilə əlaqədar onları maraqlandıran suallara, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-ında elektron xidmət vasitəsi ilə əlilliyinə təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi və sonuncu müayinə barədə məlumat almaq üçün “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” barəsində ətraflı izahatla məlumat verərərək layihənin benefesatlarına hüquqi köməklik göstərilir.

Həyata keçirilən layihə çərçivəsində, hökümət və ictimaiyyəti nümayəndələrinin, şəhid ailələrinin, müharibə veteranlarının iştirakı ilə Bakı şəhərlərində Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuşların ailələrinin, müharibə əlillərinin və müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan vətəndaşlarımızın evlərinə qonaq gedib, onların tibbi-sosial ehtiyaclarını öyrənib, hər hansı bir problemləri olarsa, həll olunması üçün aidiyyəti olan hökumət qurumlarına müraciət edərək yaranmış problemlərinin həllinə hüquqi və mənəvi dəstək veririk.

Layihə çərçivəsində həyata keçirilən tədbirlərimizdə şəhid ailələri, müharibə əlilləri və ümumi kateqoriyalıə əlillər çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun kollektivinə göstərilən diqqətə görə öz təşəkkürlərini bildirdilər.


SƏRRAF ORUCOV,
Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun prezidenti,
“Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” layihəsinin rəhbəri

Seçilən
2
32
herbiand.az

10Mənbələr