AZ

"Neftçi" Ramil Şeydayevlə yollarını ayırıb?

"Neftçi"nin baş məşqçisi Samir Abasov heyətdə görmək istəmədiyi Ramil Şeydayevlə yolların ayrılmasını istəyib.
 
Moderator.az Football-plus.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi 29 yaşlı hücumçusuyla qarşılıqlı razılıq əsasında yollarını ayırıb. Onunla müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqaviləyə vaxtından əvvəl xitam verilib.
 
Xatırladaq ki, Ramil ötən ilin yayından "Neftçi"nin şərəfini qoruyurdu. Rəsmi olmayan məlumata görə, onun "ağ-qaralar"dan aldığı illik məvacib 550 min dollar idi.
Seçilən
4
31
moderator.az

10Mənbələr