"Gəncə" voleybol klubu heyətini yeni libero ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda ABŞ-dən olan libero Alisa Kim ilə bir mövsümlük müqavilə imzalayıb.
Voleybolçu ötən mövsümü Rumniyanın "Rapid Buxarest" komandasında keçirib və ölkə kuboku yarışlarında bürünc medala sahib olub.
Qeyd edək ki, libero karyerası ərzində Sloveniyanın GEN-I və ABŞ-nin "Gonzaga University" komandalarında forma geyinib.
ABŞ-li voleybolçu “Gəncə”də
Azərbaycanlı hakim DÜNYA ÇEMPİONATINDA
"Gəncə"dən Fransa klubuna
Azərbaycan klubunda braziliyalı BAŞ MƏŞQÇİ
Azərbaycan təmsilçiləri 8-ci yeri tutublar