"Gəncə" qadınlardan ibarət voleybol komandası heyətini gücləndirib.

Offsideplus.az xəbər verir ki, bölgə klubu Alisa Kimi transfer edib. Onunla bir illik müqavilə imzalanıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Alisa libero mövqeyində çıxış edir. O, karyerası ərzində Rumıniyanın "Rapid", Sloveniyanın "GEN-I" və ABŞ-nin "Gonzaga University" komandalarında forma geyinib.