AZ

Əl Əhli Lionel Messi ilə danışıqlar aparır

Səudiyyə Ərəbistanının “Əl Əhli” klubu Amerikanın “İnter Mayami” klubunun və dünya çempionu Argentinanın 38 yaşlı hücumçusu Lionel Messini transfer etməyə ümid edir. Vətəninfo.az xəbər verir ki, bu barədə L’Equipe məlumat yayıb.

Messinin “İnter Mayami” ilə hazırkı müqaviləsi bu ilin dekabrın 31-də başa çatır. Əl Əhli bir neçə həftədir ki, Messi ilə danışıqlar aparır, onu gələn ilin yanvarında 2034-cü ildə dünya çempionatına ev sahibliyi edəcək və o vaxta qədər dünya futbol ulduzlarını cəlb etməyi hədəfləyən Səudiyyə Ərəbistanına köçməyə razı salmağa çalışır.

Messi argentinalı “Nyuells Old Boyz”un tələbəsidir, karyerasının böyük hissəsini Kataloniya “Barselona”sında keçirib, həmçinin Parisin “PSJ” klubunda çıxış edib.

Seçilən
6
20
veteninfo.az

10Mənbələr