AZ

Daha dağıdıcı fəlakətlər artır

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nın Texas şatatında dağıdıcı daşqının nəticələri hələ tam öyrənilməsə də, klimatoloqlar bu faciəni qlobal istiləşmənin hava anomaliyalarını gücləndirməsinə daha bir sübut hesab edirlər.Reyting.az “Axios”a istinadla bildirir ki, dağıdıcı daşqınlar Texasa ciddi ziyan vurub.Los-Ancelesdəki Kaliforniya Universitetinin iqlimşünası Daniel Svainin sözlərinə görə, sabit tufan sistemlərinin yaratdığı leysan yağışları getdikcə daha çox fəlakətlərə səbəb olur. Bunlar temperaturun yüksəlməsi fonunda daha tez-tez baş verir.Texas A&M Universitetinin Ekstremal Havaların Tədqiqi Mərkəzinə rəhbərlik edən Endryu Desler deyib ki, Texasdakı vəziyyət gələcəyin mənzərəsidir: “Gələcəkdə bu cür hadisələr normaya çevriləcək. Biz daha dağıdıcı fəlakətlərə hazır olmalıyıq”.Kaliforniya Universitetinin professoru Nikolas Pinter qlobal iqlim dəyişikliyinin artıq keçmişdən daha tez-tez və şiddətli daşqınlara səbəb olduğunu təsdiqləyib.Xatırladaq ki, bir neçə gün əvvəl Texasda güclü yağışlardan sonra daşqınlar başlayıb. Artıq 20-dən çox insan həlak olub. Daşqın Quadalupe çayında güclü yağışlar səbəbindən baş verib. 45 dəqiqə ərzində su 8 metr qalxıb və bölgədə fövqəladə vəziyyət elan edilib.V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
9
reyting.az

10Mənbələr