AZ

Leysan və güclü külək ciddi fəsadlar yaradıb

İtaliyanın şimalında yerləşən Lombardiya regionunda hava şəraitinin kəskin pisləşməsi ciddi fəsadlara səbəb olub.

Trend xəbər verir ki, havanın temperaturunun kəskin enməsi, leysan yağışlar və güclü külək nəticəsində bir neçə şəhərdə daşqınlar baş verib.

Milan, Monza, Brianza, Komo, Varese, Berqamo və Sremona şəhərlərində evləri, iş yerlərini və küçələri su basıb. Bir çox insan avtomobillərdə köməksiz vəziyyətdə qalıb, yollarda aşan ağaclar nəqliyyatın hərəkətinə mane olub.


“Orio al Serio” hava limanında 13 reys pis hava səbəbindən digər hava limanlarına yönləndirilib. Ən azı 15 nəfər evlərindən təxliyə olunub. İtaliyanın Mülki Müdafiə qüvvələri indiyədək 160-dan çox xilasetmə əməliyyatı həyata keçirib.

Regionda iyulun 6-da qasırğa riski ilə əlaqədar narıncı xəbərdarlıq elan olunub. Rəsmilər əhalini ehtiyatlı olmağa və rəsmi qurumların tövsiyələrinə əməl etməyə çağırıblar.

Seçilən
11
35
ekologiya.az

10Mənbələr