“İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə argentinalı futbolçunun “Əl Əhli” ilə danışıqlar apardığı bildirilir.
Messinin “İnter Mayami” ilə müqaviləsi ilin sonuna kimidir.
Səudiyyə Ərəbistanı çempionatında çıxış edən “Əl Nəsr”də portuqaliyalı hücumçu Kriştiano Ronaldo forma geyinir.