AZ

Putin yeni nazir təyin etdi

Rusiya prezidenti Vladimir Putin Andrey Nikitini nəqliyyat nazirinin səlahiyyətlərini icra edən təyin edib.

News365.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İyulun 7-də səhər saatlarında Roman Starovoyt nəqliyyat naziri vəzifəsindən azad edilib.

Andrey Nikitin fevral ayından nəqliyyat nazirinin müavini vəzifəsində çalışır. Bundan əvvəl o, 2017-ci ildən Novqorod vilayətinə rəhbərlik edib.

Seçilən
1
50
news365.az

10Mənbələr