ain.az bildirir, Oxu.az portalına istinadən.
Rusiya və Azərbaycan logistika və istehsal sahəsi, xüsusən gəmiqayırma sahəsində birgə layihələr hazırlayır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.
"Bizim yaxşı layihələrimiz var: "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi və logistika ilə əlaqədar digər layihələr. Yeri gəlmişkən, istehsal sahəsində, o cümlədən gəmiqayırma sahəsində də layihələrimiz var. Biz Bakı Gəmiqayırma Zavoduna sifarişlərimizi artırmağa hazırıq. Ümid edirəm ki, biz hər şeyi həyata keçirəcəyik. Ümumilikdə, Azərbaycandan danışsaq, ötən il ticarət dövriyyəmiz 7% artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir", - deyə Putin vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.