Aktual.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
***
Xəbər verildiyi kimi, İmişli rayonu, Xəlfəli kəndində ot tayasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Nazirlikdən verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 160kv.m. olan talvarın yanar konstruksiyaları və altına yığılmış 66 ton ot bağlamasının 26 tonu, ümumi sahəs 32kv.m olan tövlənin yanar konstruksiyaları yanıb.
Ot bağlamalarının böyük hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.