AZ

Binəqədidə sexdə yanğın oldu – VİDEO

Bakı şəhərinin Binəqədi rayonu ərazisində sexdə yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 220kv.m. olan divar kağızı istehsalı sexində baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən bitişik tikilən anbarlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin yanar konstruksiyaları və içərisində olan 2 ədəd dəzgah yanıb.

Sexə bitişik tikilən anbarlar yanğından mühafizə olunub.

 

Seçilən
1
50
konkret.az

10Mənbələr