AZ

Qarabağ regionu beynəlxalq forumlar üçün meydana çevrilib “EU Reporter”

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) qoşulduqdan sonra Azərbaycan özünü, xüsusilə enerji və nəqliyyat sahəsində ən mühüm regional layihələri irəli sürən fəal iştirakçı kimi tanıdıb.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə “EU Reporter”də dərc olunan məqalədə deyilir.

Materialda qeyd olunub ki, Azərbaycan daha əvvəl də ECO sammitlərinə ev sahibliyi edib - 9-cu ECO Zirvə görüşü 2006-cı ilin may ayında, 12-ci Zirvə görüşü isə 2012-ci ilin oktyabrında Bakıda keçirilib. Lakin ən böyük əhəmiyyət qazanan Xankəndidə keçirilmiş 17-ci Zirvə görüşü olub.

"Xankəndidəki sammit xüsusilə Qarabağın reinteqrasiyası və bərpası kontekstində əhəmiyyətlidir. Azad edildikdən sonra Qarabağ regionu mühüm diplomatik görüşlər və beynəlxalq forumlar üçün meydana çevrilib", - müəllif vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan ECO ilə iqtisadiyyatın bütün əsas istiqamətləri üzrə, o cümlədən “yaşıl keçid” və qarşılıqlı əlaqə (nəqliyyat və logistika) məsələlərində əməkdaşlığı dərinləşdirməyi hədəfləyib.

"Ötən il Azərbaycanın ECO ölkələri ilə ticarət dövriyyəsi 7,95 milyard dollar təşkil edib, ən böyük ticarət həcmi Türkiyə (77,1 %) ilə olub. Onun ardınca İran (8,1 %), Qazaxıstan (5,9 %) və Türkmənistan (4,8 %) gəlir. Digər tərəfdaşlar - Özbəkistan, Qırğızıstan, Pakistan, Tacikistan və Əfqanıstandır", - “EU Reporter” bildirib.

Məqalədə vurğulanıb ki, ECO çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi strateji əhəmiyyət daşıyır. Çünki təşkilatın bir neçə üzvü - Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə həm də Türk Dövlətləri Təşkilatına (TDT) daxildir ki, bu da ümumi regional maraqları daha da birləşdirir.

"Bundan əlavə, Azərbaycan regionun nəqliyyat əlaqələrində əsas rol oynayır. Ölkə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta Dəhliz kimi regional dəhlizlərin həyata keçirilməsində iştirak edir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında birbaşa əlaqəni genişləndirir, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini artırır. Bu layihə nəqliyyat xərclərini azaldır və Orta Dəhliz vasitəsilə tranzit əməliyyatlarını genişləndirir. Təkmilləşdirilmiş infrastruktur və bu dəhlizlər vasitəsilə yük tranzitinin artması ECO regionlarında ticarəti əhəmiyyətli dərəcədə artıracaq. Bütün kritik infrastruktur layihələri ölkəni əsas beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevirib", - məqalədə bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
25
525.az

10Mənbələr