AZ

Fransada ədalətin iflası: Klod Jan-Pyer hadisəsi

Bakı. Trend:

2020-ci ilin dekabrında Qvadelupda baş vermiş Klod Jan-Pyerhadisəsi təkcə bir şəxsin faciəvi ölümü ilə məhdudlaşmır. Bu,Fransa və onun Karib dənizi bölgələrindəki keçmiş koloniyalararasındakı mürəkkəb münasibətlərin, sistemli ayrı-seçkiliyin vəpolis toxunulmazlığının bir ifadəsinə çevrilib. Hadisənin təsirləritəkcə hüquqi və sosial sferada deyil, həm də simvolik və psixolojisahədə dərin iz buraxıb.

Klod Jan-Pyer 67 yaşında idi. 2020-ci ilin 3 dekabrında ikipolis tərəfindən saxlanıldıqdan bir neçə gün sonra xəstəxanadahəyatını itirir. Polislərin verdiyi izahatla xəstəxana sənədlərindəqeyd olunan (boyun onurğasında sınıq) tibbi diaqnoz uyğun gəlmir.Bu, ailənin haqlı olaraq polisə müraciət etməsi və məsələniictimailəşdirməyə cəhd etməsi ilə nəticələnir. Lakin şikayətlərinrədd olunması, ailəyə məsələnin “üstünün örtülməsi” barədə dolayımesajlar verilməsi dərin bir struktur problemin varlığınıgöstərir.

Hadisənin dönüş nöqtəsi, Klod Jan-Pyerin yoxlanılma anını əksetdirən videogörüntülərin yayımlanması olur. Bu kadrlarda polisinKlod Jan-Pyerin başına papağını qoyaraq onu ayağı ilə saxlamasıQvadelup və Martinik kimi keçmiş kölə koloniyalarında dərintravmatik assosiasiyalar yaradır. Bu davranış sadəcə fizikizorakılıq deyil, həm də tarixi təhqirin bir forması kimiqavranılır.

Bu detalın filmdə geniş şəkildə işlənməsi təsadüfi deyil.2024-cü ildə yayımlanmış “Républi-NIAL” sənədli filmi bu hadisənitəkcə hüquqi aspektdən deyil, həm də kolonial keçmişin davamı kimitəhlil edir. Filmdə Klod Jan-Pyerin ailə üzvləri, hüquqmüdafiəçiləri və deputatların iştirakı ilə, bu hadisənin necə birsistem probleminin simptomu olduğuna diqqət çəkilir.

2023-cü ildə istintaq yekunlaşır və qərar verilir: heç kimməsuliyyətə cəlb olunmur. Əksinə, polislərdən biri vəzifədəyüksəldilir. Bu qərar, hüquq sisteminin etibarlılığını sual altınaalır və dövlət orqanlarının müstəmləkə keçmişinə qarşı səmimimünasibətini şübhə altında qoyur. Qvadelup cəmiyyətində bu, sadəcəbir ədalətsizlik deyil, dövlətin qara bədənlərə qarşı sistemlietinasızlığının sübutu kimi dəyərləndirilir.

2025-ci ilin martında Fransanın araşdırma yönümlü media orqanıMediapart Klod Jan-Pyerin ölümünün polisin tətbiq etdiyi fizikizorakılıq nəticəsində baş verdiyini təsdiqləyən tibbi rəysənədlərini yayımlayır. Bu sənədlər əvvəlki istintaq qərarlarınınqeyri-obyektivliyini ortaya qoymaqla yanaşı, ictimai təzyiqin vəazad medianın hüquqi ədalət üçün necə kritik rol oynaya biləcəyinigöstərir.

“Républi-NIAL” sənədli filmi yalnız bir şəxsin ölümünüsənədləşdirmək məqsədi daşımır. O, Fransa Respublikasının —“azadlıq, bərabərlik, qardaşlıq” şüarlarını daşıyan sistemin —keçmiş və indiki koloniyalarla münasibətindəki ziddiyyətləri ifşaedir. Film bu faciəni simvolik qətl, sistemin susqunluğu vəriyakarlığı kimi təqdim edir.

Klod Jan-Pyerin ölümü və onun ətrafında baş verənlər, sadəcə birşəxsi faciə deyil, institusional ayrı-seçkiliyin, postkolonialyadlaşmanın və qanun qarşısında bərabərliyin pozulmasının bariznümunəsidir. Qvadelupda bu hadisə yalnız bir ailənin ədalətaxtarışı deyil, bütöv bir cəmiyyətin tarixi ağrılarla üz-üzəqalaraq səsini ucaltdığı an oldu.

Fransa cəmiyyətində bu kimi hadisələrin hüquqi, ictimai vəsimvolik baxımdan layiqincə qiymətləndirilməməsi yalnız keçmişləbarışmağa deyil, gələcəyə də inamı zədələyir. Klod Jan-Pyerin adıisə bu gün Qvadelupda yalnız xatırlanan deyil, həm də mübarizəedilən bir ad kimi yaşayır.

Məqalədə:
Seçilən
38
29
az.trend.az

10Mənbələr