AZ

"Biz susmayacağıq" - Jan-Jakob Bisep


Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyinin (UPLG) baş katibi Jan-Jakob Bisep Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı konfransda mühüm fikirlər səsləndirib. O qeyd edib ki, "Müstəmləkəçiliyə yox" şüarı sadəcə bir sloqan deyil, Qvadelup xalqının şüurlu siyasi mövqeyidir. SİTAT:Biz müstəmləkə irsindən xilas olmaqda qətiyyətliyik. Biz artıq xalqımızın müstəmləkəçilik zülmü altında yaşamasına yol verə bilmərik. Biz susmaq niyyətində deyilik və susmayacağıq. Biz ədalət və həqiqət axtarırıq. Azərbaycan xalqı bizim üçün qardaş xalqdır. Coğrafi uzaqlığa baxmayaraq, bizi ümumi məqsəd birləşdirir – bu, ədalət uğrunda mübarizədir", - o bildirib.

Mətləb Salahov

Seçilən
4
5
baki-xeber.com

9Mənbələr