Bakı. Trend:
İranın Tehran vilayətində hava çirkliliyi səbəbi ilə bu günbütün futbol yarışları və təlim-məşq toplantıları ləğv edilib.
Trend-inməlumatına görə, bununla əlaqədar Tehran Futbol Assosiasiyasıməlumat yayıb.
Məlumata görə, Tehran vilayətində 7 iyulda heç bir futbol yarışıkeçirilməyəcək və təlim-məşq toplantıları baş tutmayacaq.
Qeyd edək ki, Tehran vilayəti Ətraf Mühitin Mühafizəsi Başİdarəsinin baş direktoru Həsən Abbasnejad yerli mediayaaçıqlamasında bildirib ki, 7-10 iyul aralığında Tehran vilayətindəhava çirkliliyi yüksək həddə çatacaq. Bununla əlaqədarvətəndaşların, xüsusilə uşaqlar, yaşlılar, ürək xəstələrininzərurət yaranmadığı halda mənzillərini tərk etməmələri məsləhətgörülür.