Çin xaricdəki mədən layihələrinə investisiyalarını artırır və 2013-cü ildən bəri ən yüksək səviyyəyə çatır...
Poliqon xəbər verir ki, Financial Times qəzeti bu barədə S&P və Mergermarket-in məlumatlarına istinadən yazıb.
"Appian Capital Advisory"dən Maykl Şkerb nəşrə izah edib ki, Çin şirkətləri qısamüddətli fürsət pəncərəsi olduğuna inanaraq daha fəallaşıblar. Onlar geosiyasi vəziyyət daha da mürəkkəbləşməmiş sövdələşmələri bağlamağa çalışırlar.
2024-cü ildə əməliyyatın dəyəri 100 milyon dolları ötüb. Trend davam edir: "Zijin Mining" Qazaxıstanda 1,2 milyard dollara qızıl mədəni almağı planlaşdırır, "Baiyin Nonferrous Group" Braziliyanın "Mineracao Vale Verde" şirkətini 420 milyon dollara alıb.
Ekspertlər fəallığı Çinin resurslara ehtiyacı və ticarət münaqişələri səbəbindən xammala çıxışını itirmək riskləri ilə əlaqələndirirlər.
Poliqon.info