ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
Çin Trampın BRICS-i dəstəkləyən ölkələrə qarşı tarif planını pisləyibÇin ABŞ Prezidenti Donald Trampın BRICS-i dəstəkləyən ölkələrə qarşı 10%-lik tarif planının tətbiq olunacağı ilə bağlı bəyanatını pisləyib.APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Çin ABŞ-ın iqtisadi tariflərdən silah kimi istifadə etməsini tənqid edib.
Bildirilib ki, rəsmi Pekin Amerikanın tariflərdən silah kimi istifadə edərək başqalarına təzyiq göstərməsinin əleyhinədir: “Çin tariflərdən başqalarını məcbur etmək və təzyiq etmək üçün alət kimi istifadə edilməsinə qarşıdır”.Qeyd edək ki, daha əvvəl Donald Tramp BRICS-i dəstəkləyən ölkələrə qarşı 10%-lik tarif planının tətbiq olunacağı ilə bağlı xəbər vermişdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.