ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının Nəsimi rayonunda yanğın hadisəsi olub.Reyting.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 11 m² sahədə yanıb.Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 4 m² sahədə, mənzilin çöl divarına qurlaşdırılan 1 ədəd kombi aparatı, 1 ədəd kondisioner və digər mənzilin pəncərələri qismən əriyib.Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, onlardan 2-si tüstüdən zəhərlənib.Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Digər yanğın hadisəsi Bakının Sabunçu rayonunda qeydə alınıb.Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, Sabunçuda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd məişət avadanlığı və 2 paq.m mebel yanıb.Mənzil yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.V. QULİYEV
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.