AZ

Bakıda yanğın oldu, iki nəfər tüstüdən zəhərləndi

Bakının Nəsimi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 11 m² sahədə yanıb.

Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 4 m² sahədə, mənzilin çöl divarına qurlaşdırılan 1 ədəd kombi aparatı, 1 ədəd kondisioner və digər mənzilin pəncərələri qismən əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, onlardan 2-si tüstüdən zəhərlənib.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
1
36
teleqraf.com

10Mənbələr