Paytaxtın Atatürk prospektində bir sürücünün qeyri-adekvat hərəkətləri digər avtomobil sahibləri tərəfindən mobil telefonla lentə alınıb. AzPost.az xəbər verir ki, görüntüləri redaksiyamıza oxuculardan biri təqdim edib.
Kadrlarda “Naz Lifan” markalı avtomobilin dövlət nömrə nişanı olmadan hərəkət etdiyi görünür. Avtomobilin ön bamperi də yoxdur. Sürücü yolda təhlükəli manevrlər edir, sağa-sola hərəkət edərək digər nəqliyyat vasitələrinin arasında sürətlə irəliləyir.
Sonda isə sürücü avtomobili təhlükəsizlik adacığına çıxararaq qaydalara zidd şəkildə hərəkətini davam etdirir. Videonu təqdim edirik: