Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Paytaxtın Tbilisi prospektində (“İST Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında) yol hərəkəti qaydalarını pozan sürücü avtomobilin kamerasına düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə iyulun 4-də axşam saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 90-MM-014 dövlət nömrə nişanlı “Porsche Cayenne” markalı avtomobilin sürücüsü avtobus zolağına daxil olub. Ardınca o, zolağı tərk etmək üçün sola manevr edib və bu vaxt həmin zolaqdakı maşına qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü “Əyləci sıxmasaydım avtomobilimi vuracaqdı”, - deyə əlavə edib.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.