AZ

90 yaşlı Dalay Lama "+40" deyir

Yazını böyüt
Yazını kiçilt

Minlərlə tibetli rahib özlərinin ruhani lideri XIV Dalay Lamanın 90 illik yubileyini qeyd etmək üçün Hindistanın Himalay dağlarında Dharamsala şəhərinə yığışıb.

Bu barədə BBC məlumat yayıb. Dünyanın aparıcı sülh müdafiəçisinin şərəfinə keçirilən mərasimdə Dalay Lamanın davamçıları, o cümlədən Hollivud aktyoru Riçard Gir iştirak edib.

İyulun 5-də keçirilən mərasimdə Dalay Lama izləyicilərini əla fiziki vəziyyətdə olduğuna əmin edib və daha 40 il yaşayacağını bildirib.

Bu həftə Dalay Lama 600 illik ənənənin onun ölümü ilə sona çata biləcəyi ilə bağlı fərziyyələrə son qoyub. Tibetin ruhani lideri Çinin etirazlarına baxmayaraq, tezliklə yeni liderin meydana çıxacağını və reinkarnasiya ənənəsinin davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, Tibet ənənəsinə görə, böyük Buddist rahibin ruhu öldükdən sonra uşağın yeni doğulmuş bədənində reinkarnasiya olunur.

1959-cu ildə Çindən qaçdıqdan sonra sürgündə olan Dalay Lama iddia edir ki, onun reinkarnasiyası "azad dünyada" - yəni Çindən kənarda baş verəcək.

Seçilən
2
7
hafta.az

10Mənbələr