AZ

Dalay lama 90 yaşınıda: “130 ilə qədər yaşayacağam

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tibetli buddistlərin ruhani lideri Dalay-lama 90 illik yubileyini Hindistanın Dharamsala şəhərində minlərlə tərəfdarının iştirakı ilə qeyd edib.

Modern.az bu barədə BBC-yə istinadən xəbər verir.

O, özünü “sadə buddist” adlandırıb və daha 40 il, yəni 130 yaşına qədər yaşayacağını bildirib.

Dalay-lama reinkarnasiya ənənəsinin onun ölümündən sonra da davam edəcəyini təsdiqləyib.

O bildirib ki, gələcək Dalay-lamanın müəyyən olunması hüququ "Gaden Phodrang" Fondunda olacaq və bu proses Çinin deyil, “azad dünyanın” sərhədlərində baş verəcək.

Çinin kəskin etirazlarına baxmayaraq, Dalay-lama fiziki durumunun əla olduğunu vurğulayıb və insanları mərhəmət və ruhsal dinclik axtarışına səsləyib.

Mərasimdə Hindistan rəsmiləri, məşhur aktyor Riçard Gir və minlərlə inanclı iştirak edib. ABŞ-ın sabiq prezidenti Barak Obama və Hindistanın Baş naziri Narendra Modi də Dalay-lamanı təbrik ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
8
modern.az

10Mənbələr