Qan təzyiqini tənzimləyir – Tərkibindəki likopin və kalium maddələri ürək-damar sisteminə müsbət təsir göstərir.
İmmuniteti gücləndirir – A, C və B6 vitaminləri ilə zəngin olduğu üçün immun sisteminin güclənməsinə kömək edir.
Dərinin təravətli qalmasını təmin edir – Antioksidantlar sayəsində dərini yeniləyir, günəşin zərərli təsirlərindən qoruyur.
Həzm sisteminə dəstək olur – Lifli quruluşu bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizliyin qarşısını alır.Mütəxəssislər qarpızın əsas yeməkdən sonra deyil, aralıqda qəlyanaltı kimi yeyilməsini tövsiyə edirlər. Soyuq halda yeyilməsi yay günlərində həm susuzluğu yatırır, həm də bədəni sərinlədir.
Qeyd edək ki, qarpız həm azkalorili, həm də doyumlu meyvə olduğundan pəhriz saxlayanlar üçün də uyğun seçimdir.