AZ

Qara kişmişin faydaları...

Qara kişmiş tərkibindəki vitamin və minerallar sayəsində insan orqanizminə bir çox fayda verir. Onun gündəlik rasiona əlavə olunması immuniteti gücləndirir, qan dövranını yaxşılaşdırır və orqanizmi zərərli toksinlərdən təmizləyir.

Sherg.az Milli.az-a istinadən xəbər verir ki, qara kişmişin tərkibində olan dəmir, C vitamini və antioksidantlar qan azlığının qarşısını alır, immun sisteminin fəaliyyətini artırır. Eyni zamanda liflə zəngin olması həzmi yaxşılaşdırır və qəbizliyin qarşısını alır. Bu məhsul bağırsaqların təmizlənməsində də mühüm rol oynayır.

Qara kişmişdəki təbii şəkərlər bədəni tez bir zamanda enerji ilə təmin edir. Bu səbəbdən yorğunluq və halsızlıq hiss edən şəxslərə tövsiyə olunur. Tərkibindəki kalsium və bor elementi isə sümük toxumasını gücləndirərək osteoporoz riskini azaldır.

Həmçinin, antioksidantlarla zəngin olan bu məhsul dəri və saç sağlamlığına da müsbət təsir göstərir. Dərinin erkən qocalmasının qarşısını alır, saç tökülməsini azaldır və saçların güclənməsinə yardım edir.

Mütəxəssislər qara kişmişin faydaları ilə yanaşı, onun miqdarına da diqqət yetirilməli olduğunu vurğulayırlar. Şəkər tərkibi yüksək olduğu üçün gündəlik normanı aşmaq kilo alma və şəkər səviyyəsinin artmasına səbəb ola bilər. Xüsusilə diabet xəstələrinin bu məhsulu həkim məsləhəti ilə qəbul etməsi tövsiyə edilir.

Qida sahəsində aparılan araşdırmalar qara kişmişin sağlam həyat tərzi üçün təbii və təsirli bir dəstək olduğunu göstərir.
Seçilən
4
41
sherg.az

10Mənbələr