İlon Mask əvvəllər rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamenti (DOGE) qədər populyar olmayıb.
"Report" "Gardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent Maskın "Amerika" adlı yeni siyasi partiya yaratmaq planlarına reaksiya verərkən bildirib.
"DOGE prinsipləri populyar idi, lakin Maskın özü yox. Onun şirkətlərinin Direktorlar Şurasının üzvləri, yəqin ki, onun biznesə qayıtmasını istəyər. Düşünürəm ki, dünənki bəyanat onları sevindirmədi və onlar Maskı kommersiya fəaliyyətinə diqqət yetirməyə çağıracaqlar", - deyə nazir bildirib.
Daha əvvəl xəbər verdiyimiz kimi, Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət edib.