Multimilyarder İlon Mask bildirib ki, onun partiyası Amerika 2028-ci ildə ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində namizədi dəstəkləyə bilər...
Poliqon xəbər verir ki, bu barədə sahibkarın X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Maskın sözlərinə görə, prezidentliyə namizədin dəstəklənməsi istisna deyil, lakin yaxın 12 ayda diqqət Nümayəndələr Palatasına və Senata keçiriləcək seçkilərə yönələcək.
İyulun 7-də ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Maskın siyasi partiya yaratmaq planlarını gülünc hesab edir.
Bir gün əvvəl Mask ABŞ-nin Federal Seçki Komissiyasına (FEC) “Amerika” siyasi partiyasını qeydiyyatdan keçirmək üçün ərizə verib.
Poliqon.info