Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla bağlı təcili əmr verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xüsusi xidmət orqanlarına yaxın mənbə hesab olunan VÇK-OQPU Teleqram kanalı məlumat yayıb.
Məlumatda bildirilib ki, V.Putin Azərbaycanla münasibətlərdəki gərginliyi aradan qaldırmaq istəyir.
“İki ölkə arasındakı gərginliyi aradan qaldırmaq məqsədi ilə hazırda Moskvada Bakıya göndəriləcək nümayəndə heyəti yaradılır.
Kreml rəsmi Bakıya həbs olunanların “mübadilə”sini təklif edə bilər”, – məlumatda bildirilib.
https://youtube.com/shorts/sHvY0bTa5mM?si=y-ZM7nkmW63jikxc