Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron telefonla Yaxın Şərqdəki gərginliyi və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kreml Sarayından verilən açıqlamada bildirilib.
İki lider Rusiya və Fransanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri olduğuna diqqət çəkərək, iki ölkənin, o cümlədən Yaxın Şərqdə sülhün qorunmasında, nüvə silahlarının yayılmasının qarşısının alınmasında xüsusi məsuliyyət daşıdığını qeyd edib.
Telefon danışığı zamanı bildirilib ki, İranın dinc nüvə enerjisini inkişaf etdirmək üçün qanuni hüququna hörmətlə yanaşılmalı, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlıq da daxil olmaqla, “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi” çərçivəsində öhdəliklərin yerinə yetirilməsi də mühümdür.