AZ

Putin Trampın çiynində: "Nobel" mükafatı yem kimi -İngilis qəzeti görün nə etdi

The Guardian Tramp və Putinin Zelenski üzərində “sülh oyunu”nu belə təsvir etdi

Britaniyanın nüfuzlu The Guardian qəzetinin karikaturaçısı Nicola Jennings Ukraynada sülh perspektivlərinə ironik yanaşma gətirib.

Musavat.com xəbər verir ki, Karikaturada ABŞ prezidenti Donald Trampın çiynində Rusiya prezidenti Putin oturub, əlində Nobel medalını “sülh yemi” kimi tutaraq Ukrayna prezidenti Zelenskini ardınca sürükləyir. Digər əldən isə “sülh” adı ilə bombaya bənzər obyekt asılıb.

Bu karikatura Qərbin və Rusiyanın Ukrayna üzərində oynadığı siyasi oyunları, “sülh” anlayışının isə əslində nə qədər ikili standartlarla dolu olduğunu sərt şəkildə tənqid edir.

 

Musavat.com

a4739c02-529a-4c8f-9624-a303acb93c90.jpeg

Seçilən
6
50
musavat.com

10Mənbələr