AZ

Keyptaunda minlərlə sakin daşqın səbəbilə evsiz qalıb

Apa.az saytına istinadən ain.az xəbər verir.

Cənubi Afrikanın ən böyük şəhərlərindən biri olan Keyptaunda güclü leysan yağışlarının yaratdığı daşqın nəticəsində təxminən 4 min nəfər evsiz qalıb.APA xəbər verir ki, bu barədə yerli "SABC" radiosu məlumat yayıb.

Daşqın şəhərin beş rayonunu əhatə edib, çoxsaylı evlərə ziyan dəyib, həmçinin bir sıra əsas avtomobil yolları bağlanıb. Hazırda xilasedicilər əməliyyatları davam etdirirlər.

Şəhərdə zərərçəkənlər üçün 7 yardım qəbul məntəqəsi yaradılıb. Artıq 35 minə yaxın insana yardım edilib.Onlardan bəziləri yalnız daşqından deyil, ölkənin böyük hissəsində hökm sürən sərt soyuq hava şəraitindən də zərər görüblər.

Yerli hakimiyyət orqanları əhalini soyuq havadan qorunmaq üçün zəruri tədbirlər görməyə çağırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
4
apa.az

10Mənbələr