AZ

Şərurda sel daşqınlara səbəb oldu

Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində müşahidə edilən sel daşqınlara səbəb olub.

Axar.az xəbər verir ki, daşqınlar rayonun Dərəkənd, Oğuzkənd və Xətai kəndlərinin ərazisindən keçən su kanallarına ziyan vurub. Həmçinin daşqın zamanı həmin ərazidəki iki tövləyə zərər dəyib.

Müvafiq qurumların əməkdaşları dərhal əraziyə baxış keçirib, lazımi işlər görülüb, daşqınların yaratdığı fəsadlar aradan qaldırılıb.

Seçilən
14
48
axar.az

10Mənbələr