AZ

Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”


Sosial mediada gördükləri “gəlirli tikinti işlərində” işləmək üçün Cənubi Amerika ölkəsi Kubadan Rusiyaya gələn bir çox insanın Ukraynaya qarşı döyüşmək üçün cəbhəyə göndərildiyi ortaya çıxıb.

Daily Mail qəzetinin məlumatına görə, bu şəxslərdən biri 37 yaşlı kubalı Fransisko Qarsiyadır. Kubanın paytaxtı Havanadan Moskvaya gedən təyyarədə yüzlərlə insandan biri olduğunu deyən Qarsiya, təyyarədən enən kimi “həyatının ən böyük səhvini etdiyini anladığını” söyləyib.

Kubadan Rusiyaya yola düşən bu şəxslərin hamısı Facebook başda olmaqla, sosial media platformalarında gördükləri iş elanlarına müraciət edərək onlara Rusiyada gəlirli tikinti işləri vəd ediblər.

Qeyd edilir ki, həmin elanlarda, bu şəxslərin Ukrayna hücumlarında zədələnmiş binaları təmir edəcək bildirilir. Ancaq iddialara görə, həqiqət çox fərqli imiş. Bu şəkildə Rusiyaya gətirilən kubalıların sayının minlərlə olduğu, ölkəyə gələn kubalıların Ukraynada cəbhə bölgəsinə göndərildiyi və bir il ərzində ən azı yarısının həyatını itirdiyi bildirilir.

Qarsiya, sağ qaldığını, lakin "onu həm evsiz, həm də köməksiz qoyan dəhşətli fiziki və ruhi xəsarətlər aldığını" söyləyib. "Qorxduğumuzu göstərməyə icazə verilmirdi. Ruslar dedilər ki, ağrı və ya qorxu hiss edə bilmərik, döyüş meydanında robotlar kimi olmalıyıq. Komandirlər qorxunun görünməməsi üçün başımızın arxası və qabırğalarımızın üstündən silahla vururdular"- deyə ailəsini bir daha görməyəcəyindən qorxan kubalı bildirib.

Kubada xəstəxanada işlədiyini deyən Qarsiya “iş icazəsi, ayda 1900 funt-sterlinq maaş və Rusiya pasportu” vəd edən iş elanını görən bir dostunun tövsiyəsi ilə Rusiyaya uçduğunu bildirib. İddiaya görə, o, hava limanına gələndə onu rus hərbçilər və hərbi geymli bir kubalı qarşılayıb. Qarsiya və onu müşayiət edənlərə hərbi maşınlara minmək əmri verilib.

“Əsgərlərin olması məni qorxutdu və çaşdırdı. Amma sonra məlum oldu ki, biz onların əmrlərini yerinə yetirməli, dediklərini etməliyik” – deyən Qarsiya onlara nə yemək, nə də su verildiyini, uzun səfərdən sonra silahlı polislər tərəfindən qorunan tərk edilmiş idman məktəbinə gəldiklərini bildirib.

10 gün orada saxlandıqlarını, qışqırıq və hədələr altında hərbi sənədləri imzalamağa məcbur etdiklərini deyən kubalı onlara heç bir izahat verilmədiyini bildirib.

Ertəsi gün bir hərbi obyektə göndərildiklərini deyən Qarsiya, burada Kuba və onun kimi Asiya və Afrika ölkələrindən gələn insanlarla 30 gün təlim keçdiklərini ifadə edib.

Təlimdən sonra heç bir xəbərdarlıq edilmədən cəbhə bölgəsinə göndərildiklərini bildirən kubalı bunun səbəbini Rusiyanın hər gün çoxlu əsgər itirməsi ilə izah edib.

Kuba əsgərlərinin Rusiya tərəfində müharibəyə qatılması faktı mətbuatda geniş işıqlandırılmayıb. Ancaq “Daily Mail”in yazdığına görə, 2022-ci ilin fevralında Ukrayna müharibəsi başlayandan bəri 20 mindən çox kubalı Rusiya ordusuna cəlb olunub. Ukrayna kəşfiyyatının məlumatları isə hazırda 7 minə yaxın kubalının müharibədə olduğunu göstərir.

Qarsiya onu da bildirib ki, o, ilk dəfə cəbhəyə göndərilərkən yanında 90-a yaxın kubalı olub və bu insanların yarıdan çoxu müharibədə həlak olub. Onlar üçün ən böyük təhlükənin pilotsuz təyyarələr olduğunu qeyd edən Qarsiya, "Ətrafımızdakı ruslar yaxşı deyildi. Bəziləri müharibənin təsirindən öz canlarına qıyırdılar" deyə bildirib.

Döyüşlərdə özünün də iki dəfə yaralandığını qeyd edən kubalı Rostov, Donetsk və Soledarda bir il döyüşdüyünü bildirib. Daha sonra medal və sertifikat verilən Qarsiya 2024-cü ilin oktyabrında iki aylıq məzuniyyət verilib və Qarsiya bu vaxtdan qaçış planı hazırlamaq üçün istifadə edib.

Kuba pasportu ilə Belarus, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Misirə gedən kubalı nəhayət Yunanıstanın paytaxtı Afinaya gəlib. Afinada iki ay təcridxanada saxlanılan Qarsiyanın hazırda Afinada çadırda yaşadığı bildirilir.

TAHİR

Seçilən
18
50
baki-xeber.com

10Mənbələr