"Fənərbağça" klubu mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" Con Duranı heyətinə qatıb. Kolumbiyalı hücumçu 1 illik "Əl-Nəsr"dən icarəyə götürülüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
C. Duran bu ilin yanvarında "Aston Villa"dan 77 milyon avroya "Əl-Nəsr"ə transfer olunub. O, Səudiyyə Ərəbistan klubunun heyətində 18 oyuna 12 qol vurmağı bacarıb.
Kolumbiyalı futbolçu "Fənərbağça"nın bu yay ilk transfer olub.