AZ

"Fənərbağça" kolumbiyalı futbolçu aldı - RƏSMİ

BAKI, 6 iyul. TELEQRAF

Türkiyənin "Fənərbağça" klubu "Əl-Nəsr"in kolumbiyalı hücumçusu Con Duranı heyətinə qatıb.

Teleqraf xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi məlumat yayıb.

Məlumata görə, forvard 2025/2026 mövsümünün sonuna qədər icarə əsasında Türkiyə klubunda oynayacaq.

Qeyd edək ki, 21 yaşlı istedadlı forvard 2025-ci ilin yanvarında 77 milyon avro qarşlığında “Aston Villa”dan “Əl-Nəsr”ə keçib. Onun Səudiyyə Ərəbistanında illik maaşı 22 milyon dollardır (18,8 milyon avro). Futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.

Seçilən
2
21
teleqraf.com

10Mənbələr