ABŞ Prezidenti Donald Tramp amerikalı milyarder İlon Maskın özünün “Amerika” partiyasını yaratmaq istəyi ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, Ağ Evin sahibi keçmiş müttəfiqini təəssüflə yeriyən fəlakət adlandırıb.
"Son 5 həftədə İlon Maskın ağlını tamamilə itirdiyini və yeriyən fəlakətə çevrilməsini izləmək məni kədərləndirir. O, hətta ABŞ-da heç vaxt uğur qazanmadıqlarına baxmayaraq, 3-cü siyasi partiya yaratmaq istəyir - sistem bunun üçün nəzərdə tutulmayıb", - Tramp yazıb.
Amerika lideri həmçinin qeyd edib ki, bu cür təşəbbüslər ölkəni nifaq və xaosla hədələyir.