AZ

Ermənistanda qaçırılmış əcnəbinin meyiti tapıldı

BAKI, 6 iyul. TELEQRAF

Ermənistanın Kotayk ərazisində qaçırılan əcnəbinin meyiti tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə Shamshyan cinayət xronikası saytı məlumat yayıb.

Meyit İrəvan-Sevan magistral yolunda, DYP postunun yaxınlığında tapılıb. İstintaqın məlumatına görə, ölən şəxs 74 yaşlı Yevgeni Vaxonindir. Nəşr müstəntiqlərə istinadən iddia edir ki, bundan əvvəl öldürülən şəxslə eyni oteldə qeydiyyatdan keçmiş Andrey Miroşnik və Darya Asabina onu oteldən çıxarıblar. Amma həmin vaxt Y.Vaxoninin sağ olub-olmadığı məlum deyil.

Məhkəmə-tibbi ekspertizası təyin edilib.

İlkin məlumatlara görə, şübhəlilər Ermənistanı tərk edə biliblər.

Seçilən
4
50
teleqraf.com

10Mənbələr