AZ

İki gün əvvəl avtobusun vurduğu qadın öldü

Mingəçevirdə 2 gün əvvəl avtobus vuran qadın xəstəxanada ölüb.

Sitat.info xəbər verir ki, hadisə iyulun 3-də şəhərin Günəşli yaşayış massivində qeydə alınıb.

Belə ki, Oğuz və Mingəçevir marşrut xətti üzrə hərəkət edən avtobus 1972-ci il təvəllüdlü Hacıyev Mətanət Həsənağa qızını vurub.

Yaralı şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, M.Hacıyeva təmizlik idarəsinin əməkdaşı olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
19
sitat.info

10Mənbələr