"McLaren" pilotu Lando Norris Britaniya Qran Prisinin qalibi olub.
İdman.biz xəbər verir ki, onun komanda yoldaşı, dünya çempionatının lideri Oskar Piastri ikinci, "Kick Sauber" pilotu alman Niko Hülkenberq isə karyerasında ilk dəfə fəxri kürsüyə çıxraq üçüncü olub.
Yeddiqat dünya çempionu, "Ferrari" komandasının pilotu Lyuis Hemilton yarışı dördüncü yerdə başa vurub. Dördqat və hazırkı dünya çempionu "Red Bull"dan Maks Ferstappen beşinci yerdə qərarlaşıb.
Qeyd edək ki, Piastri 234 xalla 2025-ci il çempionatında liderliyini davam etdirir, Norris isə 226 xalla ikincidir.
İdman.biz