AZ

Bacısı Ronaldonun müdafiəsinə qalxdı

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun bacısı Katya Aveyru qardaşının "Liverpul"un futbolçusu Dioqo Yotanın dəfnində iştirak etmədiyinə səsləndirilən tənqidlərə münasibət bildirib.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Katya Aveyru sosial şəbəkədə paylaşım edərək belə yazıb:

"2005-ci ildə atamız dünyasını dəyişəndə, qəbiristanlıqda və hara gedirdiksə kameralar və maraqlı baxışlarla üz-üzə qalırdıq. O zaman bu qədər diqqət yox idi, amma yenə də biz ibadətgahı tərk edə bilmirdik".

Qeyd edək ki, Dioqo Yotanın həyatını itirdiyi yol-nəqliyyat hadisəsi 3 iyul tarixində İspaniyanın qərbində yerləşən Samora əyalətində baş verib. Hadisə zamanı avtomobildə onun qardaşı, Portuqaliyanın "Penafiel" klubunda çıxış edən Andre də olub. Hər iki futbolçu avtomobilin yanması nəticəsində vəfat edib.

Qəzadan bir neçə gün əvvəl Dioqo Yota ailə həyatı qurmuşdu.

İngiltərə Premyer Liqasının ötən mövsümündə "Liverpul"un heyətində çempion olan Yota APL-də 26 oyunda iştirak edib və 6 qol vurub. Çempionlar Liqasında isə 4 matç keçirib, lakin məhsuldar göstərici ilə yadda qalmayıb. 2020-ci ildən "Liverpul"un formasını geyinən hücumçu ümumilikdə klubun heyətində 182 oyuna çıxaraq 65 qola imza atıb.

Seçilən
6
6
olke.az

10Mənbələr