ain.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ronaldonun bacısı qardaşının Dioqo Jotanın dəfnində iştirak etməməsindən sonra ona yönələn tənqidlərə reaksiya verib.
Tribunainfo.az xəbər verir ki, Katya Aveyro bu barədə “Instagram”da yazıb.
Yol qəzasında həlak olan “Liverpul”un və Portuqaliya yığmasının hücumçusu Dioqo Jota və qardaşı Andre Silvanın dəfn mərasimi olub.
Bildirilib ki, Ronaldon mediada qeyri-sağlam alovlanma və dünyasını dəyişən futbolçuların ailələrinə təzyiqlərdən qaçmaq üçün mərasimə qatılmayıb. “A Bola”nın məlumatına görə, “Əl-Nəsr”in oyunçusu Jotanın yaxınları ilə əlaqə saxlayıb və onlar birlikdə belə qənaətə gəliblər ki, bu vəziyyətdə ən yaxşı qərar budur.
“Atam vəfat edəndə, itki acısının üstünə, qəbiristanlıqda və getdiyimiz hər yerdə kameraların və maraqlı izləyicilərin seli ilə qarşılaşmalı olduq. Və diqqət indiki kimi deyildi, giriş baxımından… Bizim uşaqların kilsəni tərk etmək imkanı yox idi.
Dəfn mərasimində o vaxt milli komandanı çalışdıran Luis Felipe Skolari, prezidentlər, məşqçiləri və s. var idi. Onlardan hansısa birini gördüyümü xatırlamıram. Ağrı məni kor etmişdi.
Ağrı, ailə və əsl dəstək haqqında… Siz onu keçməyincə bunun necə olduğunu heç vaxt bilməyəcəksiniz. Əgər kimsə mənə qardaşımın etdiyi bir şeyi tənqid edən mesaj göndərsə, mən onu bloklayacağam (onlara tamamilə məhəl qoymuram), yəni bunu yalnız bir dəfə edəcəklər.
Bu yorucu olur. Fanatizm. Boşuna tənqid, yenə deyirəm, boşuna… Xəstə cəmiyyət… Hamımızın ailəsi var. Telekanalların/şərhçilərin/sosial medianın iki qardaşın itkisi nəticəsində məhv olmuş şikəst bir ailənin acısına hörmətlə yanaşmaqdansa, yoxluğa necə diqqət yetirdiyini görmək absurd və utancvericidir. Baxmağa belə utanıram. Bu acınacaqlıdır.
Dünya isə belə yaşayır… Bu gün cəmiyyətin heç bir fikir dəyəri yoxdur. Özləri də dibsiz çuxurlara çevriliblər. Üzr istəyirəm… Müharibə də belədir. İnanın, insan şəri də müharibədir. Və hər gün bununla mübarizə aparmalıyıq. Bu belədir”, – Katya yazıb.
Publika.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.