Texasda daşqınlar nəticəsində 15-i uşaq olmaqla 51 nəfər həlak olub.
Operativ Media xəbər verir ki, "Camp Mystic" xristian yay düşərgəsində olan 27 uşaqdan əlavə, bir neçə nəfərin itkin düşdüyü araşdırılır.
Cümə günü Quadalupe çayı cəmi 45 dəqiqə ərzində səkkiz metrdən çox yüksələrək evləri, düşərgələri və avtomobilləri dağıdıb. Fəlakət həftə sonu Texasda davam edən güclü yağışlar fonunda baş verib və yeni daşqın xəbərdarlığı da olunub.
Axtarış-xilasetmə əməliyyatları şənbə günü intensivləşib, helikopterlər, qayıqlar və pilotsuz təyyarələr qapalı qalan sakinləri xilas etmək və itkin düşənləri tapmaq üçün səfərbər olunub.