AZ

Səudiyyə Ərəbistanında ilk dəfə THAAD hava hücumundan müdafiə sistemi işə salınıb

Səudiyyə Ərəbistanı ilk dəfə ABŞ istehsalı olan THAAD (Yüksək İrtifalı Hava Hücumundan Müdafiə Sistemi) hava müdafiə sistemini istifadəyə verib.

Operativ Media xəbər verir ki, bu barədə SPA agentliyi məlumat yayıb.

Sistemin işə salınmasından əvvəl bütün sınaqlar və personalın hazırlıq təlimləri başa çatdırılıb.

Lockheed Martin tərəfindən hazırlanan THAAD sistemi, qısa və orta mənzilli raket təhdidlərinə qarşı müdafiə məqsədilə nəzərdə tutulub. Layihənin məqsədi ölkənin hava məkanını və həyati əhəmiyyətli obyektləri qorumaqdır.

Seçilən
21
50
operativmedia.az

10Mənbələr