AZ

“2-ci dəfə evlənməyi düşünürəm”

İnfluenser Nagehan Abdullayeva şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.

OLAY yazır ki, o, izləyicilərindən birinin “2-ci dəfə evlənməyi düşünürsən” sualına cavab verib:

“Bəli, düşünürəm, çünki mən də evliliyin nə olduğunu bilmək istəyirəm. Sevilmək istəyirəm. Dəyər görmək istəyirəm. Çünki mən çox dəyərliyəm və dəyərimi biləcək biri olduqdan sonra sevinə-sevinə evlənərəm. Mən bir qadın olaraq çox mübarizə apardım, həmişə ayaqda durdum. Çiyinlərimə çox yük düşmüşdü və bunlar belə olmamalı idi. Əgər layiq biri olarsa, bəli, evlənərəm”.

Qeyd edək ki, onun Fərid Abdullayevlə evliliyindən iki övladı var. 

Seçilən
8
24
olay.az

10Mənbələr